AZ

Mingəçevirdə yük maşını qəza törətdi – ölən var

Mingəçevirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin C.Əliyev küçəsində qeydə alınıb.

Şabanov Elxan Balabəy oğlunun idarə etdiyi “Ford Transit” markalı avtomobil yolun kənarında dayanmış “Nissan” markalı avtomobilə çırpılıb. Nəticədə “Ford Transit”in sürücüsü ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Bizim.Media

Seçilən
111
bizim.media

1Mənbələr