AZ

PSJ Tottenhem ə 90 milyon avro təklif edəcək

Sportal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

PSJ müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Liqa 1 nəhənginin əsas hədəfi "Tottenhem"in kapitanı Kristian Romerodur. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Argentinalı futbolçu Londonda xoşbəxt deyil və klubdan ayrılmaq istəyir. PSJ 27 yaşlı mərkəz müdafiəçisi üçün İngiltərə klubuna 90 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, "Tottenhem" Kristian Romeronu 2022-ci ilin yayında "Atalanta"dan 52 milyon avroya transfer edib. Argentina millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
sportal.az

2Mənbələr