AZ

İrandan dünyanı qorxuya salan TƏHDİD Neftin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranla ABŞ arasında müharibə ehtimalı artdıqca, rəsmi Tehranın təhdidləri də güclənir.İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının katibi Cəlal Dehqani Firuzabadi bildirib ki, ABŞ və İran arasında hər hansı müharibə enerji təhlükəsizliyini təhlükə altına qoyacaq və bu, Hörmüz boğazının bağlanmasına səbəb ola bilər.O əlavə edib ki, boğaz bağlansa, ilk zərər çəkmiş ölkə Çin olacaq. O iddia edib ki, boğazın bağlanması addımı Çini müharibəyə qarşı çıxmağa məcbur edəcək. Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətində önəmli rola sahibdir. Dünyada dəniz yolu ilə daşınan xam neftin təxminən 20%-ə qədəri bu boğazdan keçir. Gündəlik olaraq orta hesabla 17–20 milyon barel neft və kondensat buradan ixrac olunur. Boğazın bağlanması fonunda həmin ərazidən neftin daşınması istər-istəməz müşkül məsələyə çevriləcək. Belə vəziyyətdə, neftin qiyməti rekord həddə bahalaşacaq?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Hörmüz boğazı bağlanarsa, qiymətlərin rekord həddə çatması realdır, amma bu daha çox qısa müddətli şok effekti olacaq:“Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyətə malikdir. Qlobal neft ticarətinin təxminən beşdə biri bu dar su yolundan keçir. Körfəz ölkələrinin - xüsusilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İraqın ixrac etdiyi neft əsasən bu marşrutdan dünya bazarına çıxır. Buna görə də İranın boğazı bağlamaq hədəsi dərhal bazarlarda psixoloji və spekulyativ təsir yaradır”.Ekspert qeyd edir ki, boğazın bağlanması fonunda neftin qiyməti 120-150, hətta daha yüksək səviyyəyə qədər qalxa bilər:“Əgər həqiqətən boğaz bağlanarsa və ixrac uzun müddət dayandırılarsa, neftin qiyməti qısa müddətdə kəskin sıçrayış göstərə bilər. Belə olan halda qiymətin bir neçə gün və ya həftə ərzində 120-150 dollar aralığına, hətta panika şəraitində daha yuxarı səviyyələrə qalxması ehtimalı realdır”.Bununla yanaşı, həmsöhbətimiz boğazın tam və uzunmüddətli bağlanması ehtimalını aşağı qiymətləndirir: “Çünki bu addım təkcə Qərb ölkələrinə deyil, Asiyanın böyük idxalçılarına, o cümlədən Çin və Hindistana da ciddi zərbə vurar. Bundan başqa, ABŞ və müttəfiqlərinin hərbi-dəniz qüvvələri bölgədə aktivdir və alternativ boru kəmərləri müəyyən həcmdə yükləri yönləndirməyə imkan verir. Uzunmüddətli qiymət səviyyəsi isə böhranın nə qədər davam etməsindən və beynəlxalq reaksiyanın miqyasından asılı olacaq”.Rüfət Sultan, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
bizim.media

2Mənbələr