ain.az bildirir, Qol.az portalına istinadən.
“Qarabağ” Qubaya getdi, tribunalar doldu - Video
Misli Premyer Liqasının bu gün keçirilən “İmişli” - “Qarabağ” matçında diqqətçəkən hadisə baş verib.
QOL.az-ın xəbərinə görə, hazırda Quba Olimpiya Stadiounda keçirilən qarşılaşmada tribunaların böyük hissəsi dolub. Rəsmi olaraq 6 min tamaşaçı tutumu olan arenada matçı 4-5 min arasında azarkeş izləyir.
Adətən, “İmişli” komandasının müvəqqəti olaraq ev oyunlarını keçirdiyi Quba stadionunda matçlara arenada cəmi 100-200 azarkeş baxır.
Bu dəfə tamaşaçıların çoxluğu isə “Qarabağ” komandasına Qubada və ətraf rayonlarda olan maraq və sevgi ilə bağlıdır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.