AZ

“İnter”in seriyası 12 oyuna çatdı - Lautaro Martines Altobellini arxada qoydu

A seriyasının 24-cü turunun ilk üç günündə keçirilən matçlardan sonra “İnter”in liderliyini istənilən halda davam etdirəcəyi məlum idi. Amma milanlılar buna inamlı qələbə ilə nail oldular.

"Football-plus.az" xəbər verir ki, şənbə və bazar günü əsas diqqət çempionluğa iddialıların iştirakı ilə baş tutan matçlara yönəlmişdi. “İnter”in Recco nel Emiliya səfərində maksimum xal alacağı gözlənilirdi.

Lider “Sassuolo” ilə oyunda elə bir çətinlik çəkmədi. Bunda ev sahiblərinin oyunçusu Matiçin 54-cü dəqiqədə bir neçə saniyə ərzində iki xəbərdarlığa görə meydandan qovulmasının da təsiri oldu. 5:0 hesablı qələbədə ən böyük pay sahibi olan Dimarko üç məhsuldar ötürmə verdi. Cinah müdafiəçisi Bissek, Markus Türam və Akancinin qol vurmasına şərait yaratdı.Yeri gəlmişkən, Federiko bu mövsüm meydana çıxdığı 21 oyunda 11 dəfə assist etməklə çempionatın lideridi. Hesabı 3:0-a çatdıran Lautaro Martines isə A seriyasında 128-ci qolunu vurdu. Argentinalı hücumçu Milan klubunun A seriyasındakı bombardirlərinin siyahısında Alessandro Altobellini arxada qoyaraq 4-cü yerə təklikdə sahib oldu.

Lautaronun indi Cüzeppe Meatsa (197), Benito Lorentsi (138) və Stefano Nyersdən (133) geri qaldığını da qeyd edək. Çempionatda ardıcıl 5-ci qələbəsini qazanan və məğlubiyyətsiz seriyasını 12 oyuna (11 qələbə, 1 heç-heçə) çatdıran Kristian Kivunun komandası inamlı qələbə ilə mövqeyini möhkəmlətdi.

Bu mövsüm qeyri-sabit çıxış edən “Napoli” də azarkeşlərini sevindirdi. Son çempion səfərdə “Cenoa”nı çətinliklə də olsa, 3:2 hesabıyla məğlub etdi. Cənubluların ikinci qolunu vuran Maktominey fasilə ərəfəsində zədələndiyinə görə ikinci hissədə komandasına kömək edə bilmədi. Qonaqların çətinliyi bununla da bitmədi. Onlar 76-cı dəqiqədə meydanda on nəfərlə qaldılar. Müdafiəçi Juan Jezusun ikinci xəbərdarlığa görə qırmızı vərəqə alması neapolluları qələbə üçün əzmkarcasına mübarizə aparmağa vadar etdi. Və onlar 90+5-ci dəqiqədə daha bir qol vurdular. Penaltini boşa verməyən Höylunn A seriyasında 8-ci, bu mövsüm bütün turnirlərdə isə 12-ci qolunu vurdu. 23 yaşlı danimarkalı hücumçunun “Napoli”də icarə əsasında oynadığını, müqavilə ilə “Mançester Yunayted”ə məxsus olduğunu da xatırladaq. Antonio Kontenin komandası liderdən yenə 9 xal geridədi.

Son iki ayda xal ehtiyatını artırmaqla “Çempionlar Liqası zonası”na daxil olan “Yuventus” isə öz meydanında “Latsio”dan yalnız bir xal ala bildi. Onu da son saniyələrdə. Əslində turinlilər oyun ərzində rəqibdən üstün futbol sərgilədilər. Lakin hesabı romalılar açdılar. Qeyd edək ki, “Latsio”nun qapıya istiqamətlənən hər iki zərbəsi qolla nəticələndi. Ev sahibləri isə saya-hesaba gəlməyən (34) zərbələrdən yalnız ikisini qola çevirdilər ki, bu bacarıqları onlara yalnız bir xal qazandırdı. Nəticədə “Yuventus” Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədə işini bir qədər çətinləşdirdi.

24-cü tur
Cenoa – Napoli 2:3

Malinovski, 3-p. Kolombo, 57 – Höylunn, 20; 90+5-p. Maktominey, 22. (30748)
Napoli: Meret, Juan Jezus, Rrahmani, Buoncorno (Beukema, 59), Qutyerres, Spinatsola, Lobotka, Verqara, Maktominey (Jiovane, 46/Olivera, 77), Elmas, Höylunn (Lukaku, 90+1).

Bolonya – Parma 0:1
Ordonyes, 90+5. (24823)
Bolonya: Skorupski, Mario (Zortea, 46), Lukumi, Heggem, Likoyannis (Miranda, 68), Fröyler, L.Ferqyuson, Pobeqa, Bernardeski (Orsolini, 87), Rou (Kambyaqi, 87), Dallinqa (Kastro, 57).

Fiorentina – Torino 2:2
Solomon, 51. Ken, 57 – Kazadey, 26. Maripan, 90+4. (20000)
Fiorentina: De Xea, Ponqraçiç, Komutso, Dodo, Parizi, Mandraqora, Facoli, Breşianini (Fabbian, 73), Qudmundsson (Harrison, 48/Ndur, 73), Solomon (Ranyeri, 85), Ken (Pikkoli, 85).

Sassuolo – İnter 0:5
Bissek, 11. M.Türam, 28. L.Martines, 50. Akanci, 54. Luis Enrike, 89. (17653)
İnter: Zommer, Bastoni (Darmian, 64), Bissek, Akanci, Zyelinski (Frattezi, 64), Dimarko, Suçiç, Mxitaryan (Diuf, 71), Luis Enrike, L.Martines (Bonni, 76), M.Türam (F.Espozito, 76).

Yuventus – Latsio 2:2
Makkenni, 59. Kalulu, 90+6 - Pedro, 45+2. İsaksen, 47. (41405)
Yuventus: Di Qreqorio, Bremer, Kalulu, Koopmeyners (Kelli, 77), Kambyazo (Boqa, 77), Kabal (Jeqrova, 46), K.Türam, Lokatelli (Miretti, 84), Makkenni (Openda, 84), Yıldız, Devid.
Latsio: Provedel, Maruşiç, Xila (Romanyoli, 78), Provstqor (Patrik, 83), Tavareş, Başiç (Dele Başiru, 46), Kataldi, Teylor, İsaksen (Kançelyeri, 65), Pedro (Noslin, 64), Maldini.

Verona – Piza 0:0
(19470)

Leççe – Udineze 2:1
Qandeman, 5. Banda, 90 – Sole, 26-p. (24290)

Atalanta – Kremoneze 2:1
Krstoviç, 13. Zappakosta, 25 – Torsbi, 90+4. (21796)

Roma – Kalyari 2:0
Malen, 25; 65. (60334)

“Milan” – “Komo” oyunu isə fevralın 18-nə təxirə salınıb.

1. İnter 24 19 1 4 57-19 58
2. Milan 23 14 8 1 38-17 50
3. Napoli 24 15 4 5 36-23 49
4. Yuventus 24 13 7 4 41-20 46
5. Roma 24 15 1 8 29-14 46
6. Komo 23 11 8 4 37-16 41
7. Atalanta 24 10 9 5 32-21 39
8. Latsio 24 8 9 7 26-23 33
9. Udineze 24 9 5 10 27-36 32
10. Bolonya 24 8 6 10 32-31 30
11. Sassuolo 24 8 5 11 27-34 29
12. Kalyari 24 7 7 10 28-33 28
13. Torino 24 7 6 11 24-42 27
14.Parma 24 6 8 10 16-30 26
15. Cenoa 24 5 8 11 29-37 23
16. Kremoneze 24 5 8 11 21-33 23
17. Leççe 24 5 6 13 15-31 21
18. Fiorentina 24 3 9 12 27-38 18
19. Piza 24 1 12 11 19-40 15
20. Verona 24 2 9 13 18-41 15

Bombardirlər: L.Martines (İnter) - 14, Duvikas, Pas (hər ikisi “Komo”), Höylunn (Napoli), Pulişiç (Milan), Yıldız (Yuventus) - 8.

Seçilən
47
1
football-plus.az

2Mənbələr