AZ

PSJ-də baş məşqçi ilə ulduz futbolçu arasında fikir ayrılığı yarandı

Fransa çempionatının son turunda səfərdə "Renn"ə məğlub olan PSJ-də gərgin vəziyyət yaranıb.

Moderator.az "RMC Sport"a istinadən xəbər verir ki, oyundan sonra klubun əsas oyunçusu Usman Dembelenin açıqlamasına baş məşqçi Luis Enrike sərt reaksiya verib.

"Klub üçün oynamalı və öz ambisiyalarımız haqqında düşünməməliyik. Fərdi oynasaq, bu işə yaramayacaq və titullar qazana bilməyəcəyik", - deyə Dembele acı məğlubiyyətdən sonra bildirib.

Enrikenin futbolçunun açıqlamasına cavabı çox gecikməyib:

"Final fitindən sonra oyunçular tez-tez emosional danışır, nəticəni qiymətləndirirlər. Amma mən heç vaxt heç kimin şəxsi maraqlarını klubun maraqlarından üstün tutmasına icazə verməyəcəyəm. Buna əmin ola bilərsiniz.

Bu cür açıqlamaların heç bir əhəmiyyəti yoxdur. Bunlar sadəcə matç bitdikdən sonra yaranan emosiyalardır.

Seçdiyimiz istiqamətdə irəliləyirik. Təbii ki, məğlubiyyətdən sonra məyusluq başlayır - bu normaldır. Lakin mənim üçün komanda həmişə fərdi oyunçulardan daha vacib olacaq. Əgər bu prinsip pozularsa, bu, sonun başlanğıcı olacaq".

Qeyd edək ki, dünən "Renn"ə 3:1 hesabı ilə uduzan PSJ 22 oyundan sonra 51 xalla turnir cədvəlinə başçılıq edir. İkinci yerdə mövqe tutan "Lans" liderdən iki xal geri qalır. "Lans" bu gün səfərdə "Paris"ə qalib gəlsə, PSJ liderliyi əldən verəcək.

Seçilən
25
1
moderator.az

2Mənbələr