AZ

Rubio: Xamenei görüşmək istəsə, Tramp onunla görüşməyə hazırdır

İranın Ali Rəhbəri Seyid Əli Xamenei görüşmək istəsə, ABŞ Prezidenti Donald Tramp onunla görüşməyə hazırdır.

APA xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Marko Rubio “Bloomberg”ə müsahibəsində deyib.

“Əgər sabah Ayətullah (Xamenei) Trampla görüşmək istədiyini desə, Tramp onunla görüşər. Ona görə yox ki, Tramp Ayətullahla razılaşır, ona görə ki o, problemlərin həll yolunun bu olduğunu düşünür. Tramp kiminləsə görüşməyi güzəşt hesab etmir”,- Rubio bildirib.

Seçilən
24
10
apa.az

10Mənbələr