AZ

Bu il orduda peşəkarlıq və döyüş hazırlığı səviyyəsinin artırılması planlaşdırılır

Bakı.Trend:

Zakir Həsənov 2026-cı ildə orduda diqqət edilməli olan vacibməqamları vurğulayıb.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyində 2025-ci ilin yekunlarınadair kollegiya iclası zamanı məlumat verilib.

Müdafiə Naziri Zakir Həsənov şəxsi heyətin peşəkarlığınınartırılmasına, qoşunların döyüş hazırlığı səviyyəsinin daha dayüksəldilməsinə, təlim və səhra məşğələlərinin intensivliyininartırılmasına, silahlanmaya yeni qəbul edilmiş silah və texnikanınmənimsənilməsi və səmərəli istifadəsinin yüksəldilməsinə, eləcə dəinnovativ texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilməsininvacibliyini vurğulayıb.

Kollegiya iclası zamanı ayıq-sayıqlığın təmin olunması məqsədilədöyüş növbətçiliyi və qoşun xidmətinin təşkilinə daha məsuliyyətliyanaşmaq ilə bağlı müvafiq tapşırıqlar verilib.

Hərbi hissələrdə gündəlik xidməti fəaliyyət zamanı yanğıntəhlükəsizliyi və digər təhlükəsizlik qaydalarına ciddi əməlolunmasının, qış mövsümündə havaların soyuması ilə əlaqədar mövsümirespirator virus infeksiyalarından qorunma tədbirləriningücləndirilməsinin zəruriliyi xüsusi qeyd edilib.

Seçilən
33
1
az.trend.az

2Mənbələr