AZ

Çinlilər maşınla bağlı daha bir səhvini etiraf etdi İstehalı dayandırılır

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Çində sükanla bağlı yeni qərar hazırlanır.Demokrat.az xəbər verir ki, "CarNewsChina"nın yaydığı məlumata əsasən, sükanın üst hissəsi olmayan, yəni yarım formalı avtomobillərin istehsalı qadağan edilə bilər.Məlumata görə, Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi (ÇSİT) tərəfindən yeni GB 11557-202X standartı açıqlanıb. Sənəd 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Yeni qaydalara əsasən, sükan 10 müxtəlif nöqtədə təhlükəsizlik sınağından keçirilməlidir. Bildirilir ki, yarım formalı sükanlar bu testlərin tələblərinə uyğun gəlmir.Qeyd olunur ki, qəza zamanı hava yastığı açılarkən yarım sükanlar sürücü üçün daha riskli ola bilər. Statistikaya görə, sürücü xəsarətlərinin 46 faizi məhz sükanla təmas nəticəsində baş verir. Dairəvi sükanlar zərbəni daha effektiv şəkildə yumşaldır.Yeni avtomobillər 2027-ci ildən etibarən bu standartlara uyğun istehsal edilməlidir. Mövcud modellər üçün isə 13 aylıq keçid dövrü nəzərdə tutulub.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
demokrat.az

1Mənbələr