AZ

BMT sisteminin səmərəliliyini və təsir gücünü yüksəltmək lazımdır - Çin XİN

Bakı. Trend:

BMT sisteminin səmərəliliyini və təsir gücünü yüksəltməklazımdır.

Trend xəbər verirki, bu barədə Çinin Xarici İşlər naziri Van İ Münxen TəhlükəsizlikKonfransında çıxışı zamanı bildirib.

O qeyd edib ki, ötən il beynəlxalq vəziyyət artan dəyişikliklərvə qeyri-sabitliklə xarakterizə olunub, eyni zamanda güc hüququ vəbirtərəfli yanaşmalar geniş vüsət alıb.

“Tarixin axarını düzgün məcraya yönəltmək üçün qlobalidarəetməni islah etməli və təkmilləşdirməliyik. Qlobalidarəetmənin islahı və təkmilləşdirilməsi prosesində prioritet BMTsisteminin canlandırılmasıdır. BMT-nin yaradılması faşizmə qarşıdünya müharibəsində qələbənin mühüm nəticəsi olub. Bu, əvvəlkinəsillərin keçmiş əzabları dərindən dərk etdikdən sonra etdiyitarixi seçimdir və xalqların bütün səylərini səfərbər edərək sülhəcan atmasının təzahürüdür. Bu təməl dünya xalqlarının birgə səyləriilə yaradılıb və onu möhkəmləndirmək və yeniləmək üçün tamməsuliyyət daşıyan da məhz onlardır; heç kimin onu dağıtmağa haqqıyoxdur”, – deyə o bildirib.

Van İ-nin sözlərinə görə, BMT indiki formada mükəmməl olmasa da,dünyada ən universal və nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatolaraq qalır.

“BMT platformasında hər bir ölkə, miqyasından və iqtisadigücündən asılı olmayaraq, söz demək və müqəddəs səsvermə hüququna,həmçinin öhdəliklərə və bərabər hüquqlara malikdir. BMT olmadandünya güclünün zəifi əzdiyi cəngəllik qanunlarına qayıdardı. Ortavə kiçik ölkələrin bir çoxu mövcud olmaları və inkişafları üçünhəyati əhəmiyyət daşıyan çoxtərəflilik təməllərini itirərdi”, –deyə nazir vurğulayıb.

Məqalədə:
Seçilən
21
az.trend.az

1Mənbələr