AZ

İspaniya millisinin sabiq üzvü aşağı liqa klubuna keçdi

Bakı. Trend:

PSJ və “Bayern”in sabiq müdafiəçisi Xuan Bernatın yeni klubumüəyyənləşib.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu karyerasını LaLiqa 2-də davam etdirəcək.

Bernat “Eybar”la anlaşıb.

32 yaşlı sol cinah müdafiəçisi ilə mövsümün sonuna kimi nəzərdətutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Xuan Bernatın son klubu “Xetafe” olub.

Məqalədə:
Seçilən
41
3
az.trend.az

4Mənbələr