AZ

Çin XİN başçısı: Ukrayna müharibəsində birbaşa iştirak edən tərəf deyilik

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Çin Ukrayna müharibəsində birbaşa iştirak etmir.

APA xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq İ Münxen Təhlükəsizlik Konfransındakı çıxışında deyib.

“Çinin bu məsələdə mövqeyi aydındır. Bu münaqişə dialoq və konsultasiya yolu ilə həll olunmalıdır. Bu münaqşiənin həllində son sözü Çin demir. Bizim yalnız sülhü və danışıqları təşviq edirik”,- Çinin XİN rəhbəri bildirib.

O əlavə edib ki, Avropa da bu münaqişənin həllində iştirak etməlidir.

“Avropa məsələyə kənardan baxmamalıdır. Ötən il də bu platformada olanda, Rusiya ilə danışıqlar aparılanda Avropa kənardan qalıb tamaşa edirdi. Münaqişənin burada-Avropada başladığını görə, mən o vaxt da bəyan etdim ki, vaxtı çatanda Avropanın bu danışıqlarda iştirak etmək hüququ var. Mən demişdim ki, Avropa menyuda yox, masa arxasında olmalıdır. İndi isə biz görürük ki, Avropa Rusiya ilə dialoq cəsarətini özündə tapıb. Bu yaxşıdır və biz bunu dəstəkləyirik”,- Vanq İ qeyd edib.

O ölkəsinin Avropa ilə rəqib yox, tərəfdaş olduğunu xatırladıb.

“Bu gün Avropa ilə aramızda bir günlük ticarət həcmi diplomatik münasibətlər qurduğumuzdan sonra növbəti il ərzində həyata keçirdiyimiz ticarətdən artıqdır. Niyə Çin Avropa İttifaqının rəqibi kimi tanıtdırılmalıdır?”,- Vanq İ ritorik sual verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
3
apa.az

4Mənbələr