AZ

Azərbaycan millisinin üzvü: "Millətlər Liqasının D Liqasında bütün rəqiblərə qalib gəlməyə borcluyuq"

Azərbaycan millisi UEFA Millətlər Liqasının D Liqasında bütün rəqiblərinə qalib gəlməyə borcludur.

Bunu "Report"a açıqlamasında "Sumqayıt" klubunun və yığmanın futbolçusu Rüstəm Əhmədzadə deyib.

O, nəticə qazanmağın vacibliyini vurğulayıb:

"D Liqasında bizə kimin rəqib olmasının fərqi yoxdur. Hamıya qalib gəlməyə borcluyuq və minimum hədəfimiz C Liqasına yüksəlməkdir. Fikrimcə, daha yuxarı pilləyə qalxmaq üçün şanslarımız çox yaxşıdır".

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteynlə mübarizə aparacaq. Komanda ilk görüşünü sentyabrın 27-də Litva millisinə qarşı keçirəcək.

Seçilən
57
far.az

1Mənbələr