AZ

Qərb sənaye liderliyini və təcahizat zəncirlərinə nəzarəti bərpa etməlidir - Marko Rubio

Bakı. Trend:

Qərb ölkələri XXI əsrdə rəqabətqabiliyyətli qalmaq üçün özsənayeləri üzərində nəzarəti geri qaytarmalı, istehsal güclərinibərpa etməli və zəruri əhəmiyyətli təchizat zəncirlərinintəhlükəsizliyini təmin etməlidirlər.

Trend xəbər verirki, bunu ABŞ Dövlət katibi Marko Rubio Münxen TəhlükəsizlikKonfransında çıxışı zamanı bildirib.

Rubio qeyd edib ki, son onilliklər Qərbin sənaye potensialınızəiflədən strateji iqtisadi səhvlərlə yadda qalıb.

O, “azad və heç bir məhdudiyyəti olmayan ticarətin doqmatikbaxışı” adlandırdığı yanaşmanı tənqid edərək bildirib ki, bu, birsıra ölkələrə öz iqtisadiyyatlarını qorumağa və milli sahələrisubsidiyalaşdırmağa imkan verib, eyni zamanda isə Qərb istehsalınızəiflədib.

“Bu yanlış yanaşma çərçivəsində biz azad və heç bir məhdudiyyətiolmayan ticarətin doqmatik baxışını qəbul etdik, halbuki bəziölkələr öz iqtisadiyyatlarını qoruyur və şirkətlərinisubsidiyalaşdıraraq sistemli şəkildə mövqelərimizi sarsıdır,zavodlarımızın bağlanmasına səbəb olurdu. Bu isə cəmiyyətlərimizinəhəmiyyətli hissəsinin deindustrializasiyasına, milyonlarla ortasinif iş yerinin xaricə köçürülməsinə və kritik əhəmiyyətlitəchizat zəncirlərimiz üzərində nəzarətin həm rəqiblərə, həm dədüşmənlərə verilməsinə gətirib çıxardı”, – Rubio bildirib.

O, qabaqcıl texnologiyalar və strateji muxtariyyətə yönəlmişyeni sənaye gündəliyinin vacibliyini vurğulayıb.

Rubio, transatlantik əməkdaşlığın əsas istiqamətləri kimikommersiya kosmik uçuşlarını, süni intellekti, sənayeavtomatlaşdırılmasını, çevik istehsalı və zəruri əhəmiyyətlifaydalı qazıntılar üzrə qorunan təchizat zəncirlərininyaradılmasını göstərib.

Rubio, həmçinin Qlobal Cənub ölkələrinin iqtisadiyyatları dadaxil olmaqla, inkişaf edən bazarlarda rəqabətqabiliyyətliliyinvacibliyini daha geniş ümumi iqtisadi maraqların təşviqistrategiyasının bir hissəsi kimi vurğulayıb.

“Ordular abstraksiyalar uğrunda vuruşmur. Ordular xalq uğrundavuruşur. Ordular millət uğrunda vuruşur. Ordular həyat tərziuğrunda vuruşur”, – deyə Rubio bildirib və əlavə edib ki, Qərbtəkcə öz təhlükəsizliyini deyil, həm də iqtisadi müstəqilliyiniqorumaq məcburiyyətindədir.

Məqalədə:
Seçilən
147
az.trend.az

1Mənbələr