AZ

Prezident İlham Əliyev Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri ilə görüşüb (FOTO)

Münxen. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın14-də Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri ArminLaşetlə görüşüb.

Trend xəbər verir ki, söhbətzamanı dövlətimizin başçısının Armin Laşetlə görüşləri məmnunluqlaxatırlandı.

Armin Laşet Azərbaycanla Ermənistan arasında sülh gündəliyininirəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlərmünasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi,sülhün əldə olunmasının bütövlükdə regionun inkişafı baxımındanmühüm əhəmiyyət kəsb etdiyini dedi.

Görüşdə Azərbaycanın regional sülh və əməkdaşlıq təşəbbüsləribarədə söhbət açıldı.

Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin müxtəlifistiqamətlərdə, o cümlədən siyasi, iqtisadi-ticari, enerji və digərsahələrdə inkişaf etdiyi vurğulandı.

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı mühümrola toxunuldu, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi,ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsiaparıldı.

Görüşdə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqdaoynadığı rol vurğulandı, bu təcrübənin beynəlxalq çərçivədəbölüşülməsinin əhəmiyyəti qeyd edildi.

Prezident
Prezident
Prezident
Seçilən
15
49
az.trend.az

10Mənbələr