AZ

Münxendə Suriya zirvəsi keçirildi

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Marko Rubio, Suriya heyəti və “Suriya Demokratik Qüvvələri”nin (SDQ) nümayəndələri ilə bir araya gəlib.

"Cebheinfo.az" xəbər verir ki, görüşdə Suriyadakı keçid dövrü, İŞİD-lə mübarizə və regional sabitlik mövzuları müzakirə olunub.

Toplantıda Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şeybani, SDQ-nin baş komandanı Məzlum Abdi və Suriya Demokratik Şurasının (SDŞ) həmsədri İlham Əhməd iştirak ediblər.

Diplomatik mənbələrin verdiyi məlumata görə, görüşdə xüsusilə Suriyanın şimal və şərqindəki inzibati strukturların gələcəyi və beynəlxalq birliyin rolu qiymətləndirilib.

Məzlum Abdi sosial media hesabından etdiyi açıqlamada görüşü "müsbət və səmərəli" kimi xarakterizə edib.

ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak isə SDQ və Dəməşq nümayəndələrinin yanaşı yer aldığı fotonu paylaşaraq: "Bir şəkil min sözə bərabərdir, yeni bir başlanğıc", – ifadələrini işlədib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
cebheinfo.az

2Mənbələr