Bu gün bir çox məşhur marketlərdə hər addımbaşı alıcıları aldadırlar. Bu, faktlar bir marketdə deyil, əksər ticarət mərkəzlərində baş verir. İstər" Bravo", istər" Araz" , istərsə də " Rahat " marketlərdə belə hadisələrlə tez- tez üzləşmək olar.
Onlar bir qayda olaraq vitrində məhsulu bir qiymətə qoyur, kassaya gəlib pul ödəyəndə başqa qiymət görürsən. Endirim adı ilə satılan məhsuları qiyməti də istehlakçıları aldadır.Əvvəl elə bilirsən ki, doğrudan da, qiymətdə endirim var.Bir- iki qəpik endirim etdikləri məhsullalrın ya vaxtı keçib, ya da keyfiyyətin itirib.
Bax , bütün bunlar alıcıların haqlı narazılığına gətirib çıxarır. Bizim qonşuluqda bir market var- " Ballı" . Burda hər gün alıcı əlindən tərpənmək olmur. Ət satışında bir hərc-mərclik mövcuddur. Bir də görürsən ki, qapqara əti vitrinə qoyub satırlar. Camaat da ağına- bozuna baxmadan ucuz olduğuna görə bu əti alır.
Başqa bir fakt: Sumqayıt Çorək Zavodunun istehsal etdiyi qara " Kombə" çörəyi 1 manat, 10 qəpiyə satılsa da , istehsal prosesində bəzən bu çörəyin tərkibinə köhnə çörək də qatılır. Bu barədə marketin nəzarətçisinə dəfələrlə fikirlərimizi, iradlarımızı bildirmişik.Amma bunun da bir nəticəsi olmayıb. Hər halda, marketlər satdıqları ərzaq və qida məhsulları üçün məsuliyyət daşıyir. Onu görə də onlar satıqları məhsulların keyfiyyətinə diqqət yetirməlidir!!!
Emil FAİQOĞLU