Türkiyə Super Liqasında baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Samsunspor" Tomas Raysla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Tomas Rays 2024-cü ilin yayında "Samsunspor"un baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında ötən mövsüm Super Liqanı 3-cü pillədə başa vurub. Samsun təmsilçisi bu mövsüm isə 22 turdan sonra 30 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi