AZ

Putinlə üzbəüz görüşmək üçün qan analizi

COVID-19 pandemiyasının rəsmi olaraq başa çatmasından təxminən üç il sonra Rusiya liderinin görüşləri üçün tətbiq edilmiş koronavirus məhdudiyyətləri aradan qaldırılıb.

Musavat.com “Faridaily” istinadən xəbər verir ki, bu barədə Kremlin protokolu ilə tanış olan dörd mənbənə sayta məlumat verib.

Xəbərdə bildirilir ki, “Rospotrebnadzor” (İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət) bütün COVID-19 məhdudiyyətlərini aradan qaldırdıqdan təxminən dörd il sonra Kreml Prezident Vladimir Putinlə görüşməyi planlaşdıranlar üçün ilkin karantini rəsmi olaraq ləğv edib. Putinlə görüşlər üçün karantin tədbirləri COVID-19 pandemiyası səbəbindən 2020-ci ildən bəri tətbiq olunurdu.

Putinlə görüşmək üçün əvvəlcə təcrid müddəti iki həftə idi. 2023-cü ildə bu müddət beş günə endirildi.

Picture

Mənbə “Faridaily”ə bildirib ki, prezidentin qonaqları üz-üzə görüşmək və ya Putinlə yaxın təmasda olmağı planlaşdırmaq istəyənlər, COVID-19, qrip və kəskin respirator virus infeksiyaları üçün testdən keçməli idilər. Bu tədbirlər Federal Mühafizə Xidməti (FSO) tərəfindən ciddi şəkildə tətbiq olunurdu.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın 2023-cü ilin may ayında rəsmi olaraq bitdiyini elan edib. Pandemiya üç il, bir ay və 24 gün davam edib (2020-ci ilin mart ayından). Lakin Rusiyada COVID-19 məhdudiyyətlərinin faktiki olaraq aradan qaldırılması daha əvvəl baş verib. 2022-ci ilin iyul ayında Rospotrebnadzor maska ​​​​ taxmaq şərtini və sosial məsafəni ləğv etdi. Üç ay sonra Rusiya yoluxma hallarının sayında “açıq-aşkar” azalma olduğunu əsas gətirərək COVID-19 ölüm statistikasını dərc etməyi dayandırdı.

“Faridaily” qeyd edib ki, 73 yaşlı Putin dünyada bu qədər sərt koronavirus karantini tətbiq edən və onu bu qədər uzun müddət saxlayan yeganə dövlət başçısıdır.
Bəzi siyasətçilər Rusiya prezidenti ilə görüşməzdən əvvəl koronavirus üçün PCR testindən keçməkdən imtina etdilər və nəticədə onunla məsafədən söhbət ediblər. Məsələn, 7 fevral 2022-ci ildə Putin Kremldə Fransa prezidenti Emmanuel Makronla görüşdü. Liderlər təxminən altı metr aralıda yerləşən uzun bir masada söhbət etdilər. Kreml o vaxt bunun “prezidentimizin və qonaqlarımızın sağlamlığının qorunması üçün əlavə tədbirlər” səbəbindən zəruri olduğunu bildirmişdi.

Bu qərar göstərir ki, Vladimir Putin administrasiyası pandemiya dövrünün simvolik təhlükəsizlik tədbirlərindən tam imtina mərhələsinə keçib və bu, həm siyasi, həm də ictimai mesaj xarakteri daşıyır. “Rospotrebnadzor” məhdudiyyətləri ləğv etsə də, uzun müddət davam edən sərt protokollar Kremlin lider təhlükəsizliyinə yanaşmasının nə qədər ehtiyatlı olduğunu göstərirdi. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyini illər əvvəl elan etmişdi, lakin Moskvanın gecikmiş addımı qərarların tibbi deyil, daha çox siyasi-psixoloji amillərlə bağlı ola biləcəyini düşündürür.

Seçilən
24
editor.az

1Mənbələr