Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski Münxendə İranın devrilmiş şahın oğlu Rza Pəhləvi ilə görüşüb.
"Cebheinfo.az" xəbər verir ki, sosial media hesabından birlikdə çəkilmiş fotolarını farsca mesajla paylaşan Zelenskinin, Pəhləvidən "İran vəliəhd şahzadəsi" kimi bəhs etməsi diqqət çəkib.
Zelenskinin paylaşımında aşağıdakı ifadələr yer alıb:
"Görüş zamanı İrandakı vəziyyətə və İran xalqının dəstəyə ehtiyacı olduğu sahələrə diqqət çəkildi. İran rejiminə və digər bütün diktatura rejimlərinə qarşı sanksiyaların sərtləşdirilməsinin əhəmiyyəti müzakirə olundu.
Həmçinin, İran rejiminin Rusiyaya “Şahid-129” tipli pilotsuz uçuş aparatı tədarük etməsi və istehsal lisenziyalarını verməsi də daxil olmaqla, Rusiya ilə İran arasındakı əməkdaşlıq pislənildi".
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.