AZ

Azərbaycanlı idmançılar güclərini sınayacaqlar - FOTOLAR

Fevralın 14-də Gürcüstanın Batumi şəhərində "Grand Bellagio Championship" beynəlxalq turniri keçiriləcək.

Ölkə.Az xəbər verir ki, turnir çərçivəsində müxtəlif çəki dərəcələrində 10 döyüş keçiriləcək.

Azərbaycan, Gürcüstan, Özbəkistan, Portuqaliya, Türkiyə, İsrail, Braziliya, Qazaxıstan və İsveçdən olan idmançılar birincilik uğrunda mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq fevralın 13-də döyüşdən qabaq idmançılar arasında "face to face" mərasimi keçirilib. Mərasim Azərbaycanın idmançı blogerləri - Şükran Soltanov və Emin Babayevin (Çaqayev) iştirakı ilə baş tutub. 

Döyüş gecəsində Azərbaycanı və Gürcüstanı beynəlxalq arenalarda təmsil edən, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu Alim Nəbiyev braziliyalı rəqibi ilə qarşılaşacaq. 

Turnirdə həmçinin Elvin Kamilli və Tural Əsgərov mübarizə aparacaqlar.

Bundan başqa, tanınmış azərbaycanlı döyüşçü Tofiq Musayev Las-Veqasda "UFC Vegas 115" çərçivəsində  braziliyalı Samuel Sançezlə qarşılaşacaq.

Döyüş 4 aprel 2026-cı ildə  baş tutacaq.

Seçilən
65
2
olke.az

3Mənbələr