AZ

"Haber Global": "Azərbaycan Prezidenti İlham Əliyevdən gərgin diplomatik fəaliyyət"

Türkiyənin "Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirakından süjet hazırlayıb.

BAKU.WS xəbər verir ki, telekanal Azərbaycan liderinin konfransın ilk günündə sıx diplomatik fəaliyyət həyata keçirdiyini önə çəkib.

"Azərbaycan lideri əvvəlcə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşdü. Tərəflər iqtisadi, ticarət, mədəni və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi apardılar, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.

Prezident daha sonra Slovakiyanın baş nazirin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşdü. Görüşdə Azərbaycan və Slovakiya arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğu qeyd edildi", - deyə telekanal bildirib.

"Haber Global" İlham Əliyevin konfrans zamanı azərbaycanlı jurnalistlərə açıqlama verməsinə də yer ayırıb.

Qeyd olunub ki, gündəmdə olan əsas məsələ Ermənistanla aparılan sülh danışıqları prosesi olub.

"Ermənistan Konstitusiyasında lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün sülh müqaviləsini imzalaya bilərik. Lakin buna baxmayaraq, artıq Ermənistan ilə Azərbaycan arasında sülhün təmin edildiyini düşünürəm. Vaşinqton sammitindəki razılaşmalar, imzalanan birgə bəyannamə sülh müqaviləsinin paraflanması deməkdir. Bunun rəsmi tərəfi Ermənistandan asılıdır. Konstitusiya nə qədər tez dəyişdirilərsə və Azərbaycana qarşı ərazi iddiası oradan çıxarılarsa, sülh müqaviləsi bir o qədər tez imzalanacaq", - deyə telekanalda Azərbaycan liderindən sitatlar yer alıb.

Seçilən
18
5
far.az

6Mənbələr