AZ

Tramp: “Ən ideal seçim İranda hakimiyyət dəyişikliyidir” – VİDEO

“İranda hakimiyyət dəyişikliyi indiki vəziyyət üçün ən yaxşı seçim olardı”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərə açıqlamasında bildirib.

"47 il ərzində onlardan yalnız danışıqlar eşidilir. Bu müddət ərzində, onlar danışarkən, biz əhəmiyyətli insan itkisinə məruz qaldıq. Bu vəziyyət artıq çox uzun müddətdir davam edir, ona görə də görək, hadisələr bundan sonra necə inkişaf edəcək", - deyə ABŞ lideri bildirib.
 

Qeyd edək ki, fevralın 7-də Omanda İran və ABŞ nümayəndələri arasında nüvə proqramı ilə bağlı danışıqlar keçirilib. Tərəflər görüşü ümumilikdə müsbət qiymətləndirib və yeni məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.


Bununla belə, fikir ayrılıqları qalmaqdadır. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran uranın dinc məqsədlərlə zənginləşdirilməsini davam etdirəcək və “sıfır zənginləşdirmə” siyasətini qəbul etməyəcək.


Bizim.Media

Seçilən
56
1
bizim.media

2Mənbələr