İran, Rusiya və Çin daimi nümayəndəlikləri Vyanada üçtərəfli görüş keçiriblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.
“Çin, İran və Rusiyanın daimi nümayəndəlikləri İranın nüvə proqramı ilə bağlı məsələlər üzrə növbəti məsləhətləşmələr mərhələsi keçiriblər”, - o qeyd edib.
Görüşün detalları hələ açıqlanmayıb.