AZ

“Neftçi” əvəzedici komandaya üç legioner cəlb etdi

BAKI, 14 fevral. TELEQRAF

Əvəzedici komandamıza 3 futbolçu transfer olunub. Qvineya əsilli belçikalı Mamadi Diavara, həmçinin nigeriyalılar – Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə bu mövsümün sonunadək müqavilə bağlanıb. Bununla belə, klubumuzun istəyinə uyğun olaraq, hər üç futbolçu ilə anlaşma daha 2 il müddətinə artırıla bilər.

Qeyd edək ki, 19 yaşlı Diavaranın sonuncu klubu “Şalke” U-19 (Almaniya) olub. 18 yaşlı İstifanus bunadək Nigeriyanın “Broad City”, 19 yaşlı Oluvafemi isə “36 Lion” klubunda çıxış edib.

Seçilən
52
22
teleqraf.com

10Mənbələr