AZ

“Qarabağ”dan alınan hücumçu MLS-də nə vaxt debüt edəcək?

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin MLS-də debütü gecikə bilər.

Sportinfo.az-ın ABŞ mətbuatına istinadən məlumatına görə, “Kolumbus Kru”nun “Qarabağ”dan transfer etdiyi 21 yaşlı futbolçu dərhal əsas komandada yer almayacaq.

Çünki məşqçilər korpusu Nərimanı ilk vaxtlar əvəzedici komandada oynatmağı planlaşdırır.

“MLS Next Pro” liqasında mövsüm fevralın sonu start götürəcək və “Kolumbus Kryu II” ilk oyununu martın 2-də səfərdə “Nyu York Red Bulls”a qarşı keçirəcək.

Axundzadənin bir müddət ikinci komandada oynadıqdan sonra əsas heyətə cəlb olunması və MLS-də meydana çıxması nəzərdə tutulur.

O, ABŞ klubu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

Seçilən
27
sportinfo.az

1Mənbələr