AZ

Avropada ABŞ-yə inam niyə azalıb?

Avropa Xarici Əlaqələr Şurası (ECFR) analitik mərkəzinin 13 Avropa ölkəsində apardığı genişmiqyaslı sorğunun nəticələrinə əsasən, Avropada ABŞ-nin etibarlı müttəfiq olması ilə bağlı ictimai rəy sürətlə zəifləyir.

“Yeni Sabah” xəbər verir ki, araşdırmaya görə, Avropa ölkələrinin əksəriyyətində respondentlərin cəmi 10-15 faizi ABŞ-ni müttəfiq hesab edir.

Əvəzində Almaniya, Fransa və İspaniya kimi aparıcı dövlətlərdə respondentlərin 28 faizi Vaşinqtonu rəqib və ya opponent kimi qiymətləndirib. Bir çox avropalı isə ABŞ-ni “məcburi tərəfdaş” kimi görür.

Sorğu göstərir ki, bu dəyişikliklər, əsasən, ABŞ prezidenti Donald Trampın siyasəti ilə bağlıdır. Onun bəzi qərarları, o cümlədən Qrenlandiya ilə bağlı açıqlamaları və Avropa müttəfiqlərinə qarşı sərt mövqeyi transatlantik münasibətlərdə gərginliyi artırıb.

Araşdırma 2025-ci ilin noyabrında Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, Polşa, Danimarka, Estoniya, Portuqaliya, Macarıstan, Bolqarıstan, İsveçrə və Ukraynada aparılıb. Nəticələr göstərir ki, son bir ildə ABŞ-yə inam bütün ölkələrdə azalıb. Məsələn, Danimarkada ABŞ-ni müttəfiq hesab edənlərin payı bir il ərzində 30 faizdən 15 faizə düşüb.

Araşdırma göstərir ki, Donald Trampın siyasəti Avropa ictimai rəyinə ciddi təsir edib və ABŞ-ın ənənəvi müttəfiq kimi qəbul olunması əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləyib. Bu tendensiya gələcəkdə NATO daxilində və ümumilikdə transatlantik münasibətlərdə mühüm dəyişikliklərə səbəb ola bilər.


Telegram kanalımız
Seçilən
26
yenisabah.az

1Mənbələr