“Atalanta” növbəti tura itki ilə çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Berqamo təmsilçisinin aparıcı futbolçusu Şarl De Ketelare məşq zamanı zədələnib. Belçikalı hücumçunun fevralın 14-də “Latsio”ya qarşı keçiriləcək vacib oyunu buraxacağı dəqiqləşib. Klubun mətbuat xidməti zədənin dərəcəsi barədə ətraflı məlumat verməsə də, futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik sual altındadı.
2023-cü ildən “Atalanta”da oynayan De Ketelare bu mövsüm komandanın əsas fiqurlarından biridi. O, İtaliya çempionatının cari mövsümündə 21 oyuna 3 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta