AZ

İmran Xanın səhhətində ciddi problemlər yaranıb

Pakistan həbsdə olan sabiq Baş naziri İmran Xanın sağ gözündə görmə qabiliyyətinin 85 faizini itirdiyi açıqlanıb.

KONKRET.az xəbər verir ki, bunu onun vəkili Salman Safdar ölkənin Ali Məhkəməsinə təqdim etdiyi hesabatda yazıb.

Vəkilin sözlərinə görə, 73 yaşlı siyasətçinin sağ gözü 85 faiz görmə funksiyasını itirib. Hesabatda qeyd olunub ki, İmran Xan 2025-ci ilin oktyabr ayından bəri davamlı bulanıq və dumanlı görmədən əziyyət çəkir.

Pakistanın İnformasiya naziri Attaullah Tarar isə daha əvvəl açıqlamasında İmran Xanın bu ay göz müayinəsi üçün qısa müddətə xəstəxanaya aparıldığını bildirib.

İmran Xanın rəhbərlik etdiyi Pakistan Tehreek-e-İnsaf partiyası məhkəmə qərarının dərhal icra olunmasını və siyasətçinin ixtisaslı həkimlərə maneəsiz çıxışının təmin olunmasını tələb edib.

Qeyd edək ki, İmran Xan 2023-cü ilin avqust ayından korrupsiya ittihamları ilə bağlı 14 illik həbs cəzası çəkir. O, ittihamların siyasi motivli olduğunu iddia etsə də, rəsmi qurumlar bu iddiaları rədd edir.

 

Seçilən
81
3
konkret.az

4Mənbələr