AZ

Sevgidə əsas olan nədir? Bakı sakinlərindən MARAQLI CAVABLAR

ain.az bildirir, Oxu.az portalına istinadən.

Fevralın 14-ü Sevgililər Günü kimi qeyd olunur.

İnsanlar qarşı tərəfə sevgisini müxtəlif formalarda etiraf edirlər. Biri sözlə, digəri isə əməllə... Maraqlı bir məqam var - hər "səni sevirəm" deyən şəxs qarşı tərəfə özünü həqiqətən dəyərli olduğunu hiss etdirə bilmir.

Bu məqsədlə Oxu.Az saytının əməkdaşı Bakı şəhər sakinləri arasında sorğu keçirib.

"Sevdiyinizə dəyərli olduğunu hiss etdirmək üçün nə etmək lazımdır?" sualını sakinlərə ünvanladıq.

Cavablar isə kifayət qədər rəngarəng və səmimi oldu.

Bəzi sakinlər bunun qayğıdan başladığını deyirlər. Onların fikrincə, sevdiyin insanın ən xırda istəklərini belə nəzərə almaq, sevdiyi yeməyi bişirmək və ya onu dinləmək kifayətdir.

Digərləri isə münasibətdə diqqət və xüsusi yanaşmanın vacib olduğunu vurğulayırlar.

"Ona özünü kral kimi hiss etdirərdim" deyən sakinə də rast gəldik.

Bir qisim isə dəyərli hiss etdirməyi qarşı tərəfi "kəşf etməkdə" görür. Onların fikrincə, insanı tanımaq, nədən xoşlandığını bilmək və sevdiyi şeyləri birlikdə etmək onu dəyərli hiss etdirməyin əsas yoludur.

Ətrafı videonu təqdim edirik:

Sevgidə əsas olan nədir? - Bakı sakinlərindən MARAQLI CAVABLAR

Aygün Mirakif

Video: Əqdəm Qasımov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
oxu.az

2Mənbələr