AZ

Uzun müddətə sıradan çıxdı

Vataru Endonun aqibəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, “Liverpul”un baş məşqçisi Arne Slot “Sanderlend”lə matçda (1:0) zədələnən futbolçunun durumu haqda danışıb.

Niderlandlı mütəxəssis 33 yaşlı müdafiəçinin topuq nahiyəsindən ciddi zədə aldığını təsdiqləyib. Slot “hazırda Endonun vəziyyəti o qədər də yaxşı görünmür. Hər şey sabah aydın olacaq. Təxmin edirəm ki, uzun müddət oynaya bilməyəcək” deyib.

Qeyd edək ki, Vataru cari mövsümdə 13 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

Seçilən
130
1
football-plus.az

2Mənbələr