AZ

İlhamiyyə Rza televiziyadan GETDİ

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Tanınmış teleaparıcı İlhamiyyə Rza televiziya karyerasına son qoyduğunu açıqlayıb.

Millli.Az xəbər verir ki, bu barədə aparıcı özü sosial mediada məlumat yayıb.

İlhamiyyə Rza paylaşımında bildirib:

"Bu da son... Televiziyamızın 70 illiyinə ithafən hazırladığımız bu verilişlə televiziya karyerama son qoydum. Əziz azsaylı, amma çox qiymətli izləyicilərim, sizi sevirəm. Dəyərli Roza Zərgərli demiş, sizdən sadəcə diqqət istədim...

Bu layihə boyu yanımda olan, dəstək verən komandama, AzTV rəhbərliyinə və şəxsən dəyərli Rövşən müəllimə minnətdarlığımı bildirirəm."

Xatırladaq ki, İlhamiyyə Rza ABA TV, Lider TV, ("Miliyonçu") Space TV ("Gecə kanalı" verilişi) telekanallarında çalışıb. ANS TV və AzTV-də "Nəzər nöqtəsi" verilişinin aparıcısı olub. O, hazırda SOS" uşaq kəndləri Azərbaycan Assosiasiyasında fandreyzinq və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışır. /musavat.com

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
3
news.milli.az

4Mənbələr