AZ

Keçmiş rəis qəfildən vəfat etdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təchizat İdarəsinin keçmiş rəisi, ədliyyə polkovnik-leytenantı Mürsəl Zeynalov vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

M.Zeynalov qəfil ürəktutmasından dünyasını dəyişib.

Mərhum Sabunçu rayonunun Nardaran qəsəbə qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Mürsəl İslam oğlu Zeynalov 1968-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub.

Uzun illər Penitensiar Xidmətdə işləyib.

2023-cü ilin avqust ayında qurumun Təchizat İdarəsinin vəzifəsindən azad olunub.


Telegram kanalımız
Seçilən
106
4
yenisabah.az

10Mənbələr