AZ

ChatGPT yə görə işdən qovuldu

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Reddit" platformasında proqramçının paylaşımı texnologiya dünyasında böyük səs-küyə səbəb olub. Dörd il işlədiyi şirkətdən süni intellektə görə çıxarılan mühəndis başına gələnləri bölüşərək həmkarlarına xəbərdarlıq edib.Demokrat.az xəbər verir ki, hər şey şirkət rəhbərliyinin iş prosesində süni intellektə üstünlük verməsi ilə başlayıb. İclasların birində şirkət rəhbəri süni intellekt vasitəsilə cəmi bir neçə dəqiqəyə yeni sistem qurduğunu nümayiş etdirib. Bunun ardınca işə götürülən cəmi iki süni intellekt mütəxəssisi onlarla insanın günlərlə gördüyü işi cəmi üç günə tamamlayıb. Bu hadisə rəhbərliyin artıq kod yazan onlarla işçiyə ehtiyac duymadığı qənaətinə gəlməsi ilə nəticələnib.İşini itirən mühəndis bu vəziyyəti sadəcə işdən qovulmaq deyil, bir gecədə lazımsız və köhnəlmiş birinə çevrilmək kimi təsvir edib. O hələ də işinin zəmanətdə olduğunu düşünən proqramçılara səslənərək mən də vaxtilə sizin kimi düşünürdüm deyib. Bu etiraf sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Bəziləri bunun bir reklam gedişi olduğunu desə də, çoxu süni intellektin iş dünyasını kökündən dəyişdiyini qəbul edir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
demokrat.az

1Mənbələr