BAKI, 14 fevral. TELEQRAF
ABŞ-nin NATO yanında daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, yaxın perspektivdə Avropada ABŞ tərəfindən müttəfiqlərə təhvil verilmiş F-35 qırıcılarının sayı 600-ə çatacaq.
Teleqraf xəbər verir ki, bu barədə Uitaker Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı danışıb.
O qeyd edib ki, Avropada 600 F-35 təyyarəsinin müttəfiq ölkələrin istifadəsində olacağı gözlənilir.
O həmçinin vurğulayıb ki, hazırda ABŞ Prezidenti Donald Trampın bu qırıcıların tədarükündən imtina etməsi riski yoxdur.
“Mən hesab etmirəm ki, hazırda prezident Trampın F-35-lərin tədarükündən imtina etməsi riski mövcuddur. Əksinə, onları almamaqla hədələyən tərəf müttəfiqlərdir”, – deyə o bildirib.