AZ

Azərbaycan çempionatının son 1/4 finalçıları AÇIQLANDI

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şahmat üzrə Azərbaycan çempionatında son 1/4 finalçılar müəyyənləşib.Bizim.Media xəbər verir ki, bu gün baş tutan tay-brekdə Nicat Abasov gənc istedad Xaqan Əhmədə qalib gələrək adını növbəti mərhələyə yazdırıb.Son çempion Rauf Məmmədov Şiroğlan Talıbovu üstələyərək mübarizəni davam etdirmək imkanı qazanıb.Qadın şahmatçıların yarışında gözlənilməz nəticə qeyd alınıb. Milli komandanın üzvü, 20 yaşlılar arasında dünya çempionu Gövhər Beydullayeva çempionatda çıxışını dayandırıb. G.Beydullayeva Nərmin Abdinovaya uduzaraq turniri tərk edib.Fevralın 14-də Azərbaycan çempionatında 1/4 final mərhələsinə start veriləcək.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
11
bizim.media

10Mənbələr