AZ

“Qarabağ”ın rəqibi “Nottingem Forest”in oyunçusu ilə maraqlanır

“Arsenal”, “Çelsi” və “Nyukasl” “Nottingem Forest”in yarımmüdafiəçisi Omari Hatçinsona maraq göstərirlər.

İdman.Biz-in jurnalist Ekrem Konura istinadən verdiyi məlumata görə, oyunçu 55-60 milyon funt sterlinq (63-68 milyon avro) təklif alınmazsa, ən azı bir mövsüm “Nottingem”də qalacaq.

Mənbənin məlumatına görə, “Nottingem Forest” yarımmüdafiəçi üçün hələlik heç bir rəsmi təklif almayıb.

Bu mövsüm Hatçinson bütün yarışlarda 22 oyunda meydana çıxıb, bir qol vurub və altı məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 30 milyon avrodur.

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” “Nyukasl”la qarşılaşacaq. Oyunlar 17 və 25 fevralda keçiriləcək.

İdman.Biz
Seçilən
21
1
idman.biz

2Mənbələr