BAKI, 14 fevral. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşəcək.
Teleqraf xəbər verir ki, bu barədə Zelenskinin sözçüsü Sergey Nikiforov UNN agentliyinə açıqlamasında bildirib.
“Rubio ilə görüş sabaha planlaşdırılıb”, - deyə Nikiforov qeyd edib.
Bundan az əvvəl "Reuters" agentliyi də amerikalı rəsmiyə istinadən tərəflər arasında danışıqların hazırlanması barədə məlumat yaymışdı.