AZ

Koşta Rusiya-Ukrayna müharibəsinin başlamasının növbəti ildönümündə Kiyevə səfər edəcək

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antoniu Koşta Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə müharibənin başlamasının dördüncü ildönümünü qeyd etmək üçün Kiyevə gedəcək.

"Report"un Avropa Bürosunun məlumatına görə, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Mən 24 fevralda Rusiyanın təcavüzkar müharibəsinin başlamasının ildönümünü qeyd etmək üçün Kiyevə gedəcəyəm, hörmətli Prezident Zelenski, Maydanda sizin yanınızda dayanacağam", - Koşta yazıb.

O qeyd edib ki, Almaniya Kansleri Fridrix Merts Münhen Təhlükəsizlik Konfransında Ukraynadakı vəziyyəti və sülh danışıqlarındakı son inkişafları qiymətləndirmək üçün görüş təşkil edib.

"Davamlı sülhə nail olmaq üçün bütün səyləri alqışlayırıq. Bu yaxınlarda əsir mübadiləsi ilə bağlı çoxdan gözlənilən razılaşma irəliyə doğru xoş addımdır", - o qeyd edib.

Aİ-nin məqsədi sülhə doğru irəlilədikcə Ukraynanı gücləndirməyə davam etməkdir. Bəyanatda deyilir ki, Aİ Ukraynanın İttifaqa daxil olması yolunda Kiyevə siyasi, hərbi və maliyyə baxımından hərtərəfli dəstək verməyə davam edəcək.

Seçilən
62
far.az

1Mənbələr