AZ

“O, çox tezliklə yola düşəcək” Tramp

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp İranla davam edən gərginlik fonunda rəsmi Tehranı növbəti dəfə hərbi güclə hədələyib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri Vaşinqton və Tehran arasında razılaşma əldə olunmayacağı təqdirdə bölgəyə ikinci aviadaşıyıcı qrupunun göndəriləcəyini bəyan edib.

Ağ Evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandıran Tramp prosesin artıq başladığına işarə edib:

“O, çox tezliklə yola düşəcək. Biri artıq oradadır. Əgər razılaşma əldə etməsək, o bizə lazım olacaq”.

Xatırladaq ki, Tramp administrasiyası bir müddət əvvəl bölgəyə “USS Harry S. Truman” aviadaşıyıcısını göndərib və İranın nüvə obyektlərinə qarşı “Midnight Hammer” (Gecəyarı Çəkici) əməliyyatını həyata keçirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
qafqazinfo.az

1Mənbələr