AZ

Azərbaycanlı peşəkar döyüşçü Emil Novruzov: Qələbəmi şəhidlərimizə həsr etməyim Rusiyada böyük səs küyə səbəb oldu

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"Məşqlərimiz çox güclü şəkildə keçir. Müəllimlərimiz bizə çox diqqətlə yanaşırlar. Bir çox erməni rəqiblərim üzərində də qələbə qazanmışam".

Bunu azərbaycanlı tanınmış döyüşçü Emil Novruzov ölkədə keçirilən təlim-məşq prosesi zamanı Baku TV-nin suallarını cavablandırarkən deyib.

Azərbaycanlı peşəkar döyüşçü Emil Novruzov: "Qələbəmi şəhidlərimizə həsr etməyim Rusiyada böyük səs-küyə səbəb oldu"

Döyüşçü 2020-ci ildə karyerasında yeni mərhələnin başladığını qeyd edib:

"2020-ci il iyunun 20-də açıq əllə, əlcəksiz boksla bağlı təklif gəldi və yarışlarda iştirak etməyə başladım. Final döyüşünə qədər irəlilədim. İkinci yerə çıxdım. Qələbəmi şəhidlərimizə və xalqımıza həsr etdiyim üçün Rusiyada böyük səs-küyə səbəb oldu".

O, son döyüşü barədə də danışıb və zədəli olmasına baxmayaraq, qalib gəldiyini vurğulayıb:

"Axırıncı döyüşə zədəli halda hazırlaşmışdım. Buna baxmayaraq, həm təşkilat, həm də rəqibim revanş görüşündə məni məğlub edəcəklərini düşünürdülər. Amma üç dəfə nokdaun edərək tam üstünlüklə qalib gəldim".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
oxu.az

1Mənbələr