AZ

Keçmiş axundun oğlu qəza törətdi: Ölən və yaralanalar var

Ağcabədidə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, zəncirvari qəza FHN-in Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qarşısında baş verib.

Rayon sakini Rzayev Hacımirzə Mərdan oğlu idarə etdiyi avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil Yanğından Mühafizə Hissəsinin əməkdaşlarına məxsus şəxsi avtomobillərə çırpılıb.

Qəza nəticəsində Rzayev Hacimirzə Mərdan oğlu, Cəfərov Rəhman Anar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Baş vermiş hadisə zamanı xəsarət alan Ələkbərov Vahid Nail oğlu isə xəstəxanada dünyasını dəyişib.

Seçilən
20
publika.az

1Mənbələr