GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ Prezidenti Donald Trump Ukraynadakı münaqişənin həllinə nail olunacağına əminliyini ifadə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RIA Novosti” Amerika liderinə istinadən məlumat yayıb.
Tramp bildirib ki, hazırda həllini gözləyən bir neçə beynəlxalq münaqişə mövcuddur:
“Hələ həll edilməli bir neçə münaqişəmiz var. Xüsusilə, Rusiya və Ukrayna arasında. Bu, pisdir, amma düşünürəm ki, biz buna nail ola bilərik”.
ABŞ prezidentinin sözlərinə görə, tərəflər arasında razılaşma əldə etmək üçün diplomatik səylər davam etdirilməlidir.
Qeyd edək ki, daha əvvəl Çexiya Prezidenti Petr Pavel Rusiyanın Ukrayna ilə bağlı danışıqlara cəlb olunmasının vacibliyini vurğulayıb. O bildirib ki, Moskvanın iştirakı olmadan real nəticə əldə etmək çətin olacaq.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.