Dünya sürətlə dəyişərkən, iş rejimləri də bu dəyişiklikdən birbaşa təsirlənir. 2026 və sonrasında iş həyatında süni intellekt, avtomatlaşdırma, hibrit iş modeli, bacarıq inkişafı və çoxlu iş modelləri kimi tendensiyaların daha geniş yayılması gözlənilir.
Ölkə.az Valyuta.az-a istinadən xəbər verir verir ki, vələcəyin iş mühiti yalnız iqtisadi və texnoloji dəyişikliklərlə deyil, həm də işçilərin gözləntiləri və işəgötürənlərin strategiyaları ilə formalaşır. Aşağıda 2026 və sonrası üçün əsas iş trendləri təqdim olunur:
1. Könüllü işdən çıxmalar azalır
İşçilər elastik iş şəraitini getdikcə daha çox önəmsəyir. Bu şərait təmin olunmayan işlərdən ayrılma halları azalsa da, hələ də mövcuddur. CIPD-nin 2025 hesabatına görə, işçilərin %3-ü esnek imkan olmadığı üçün işdən ayrılıb (təxminən 1,1 milyon nəfər). ABŞ-da 2025-ci ildə könüllü işdən ayrılma faizi %13, 2023-də isə %17,3 olub.
2. Bacarıq hərəkətliliyi artır
Şirkətlər işə qəbul və iş rejimlərini yenidən formalaşdırır. Uzaqdan iş modelinin yayılması işçilərə dünyanın müxtəlif şəhər və ölkələrindən işə qoşulmaq imkanı verib.
"ManpowerGroup"un 2025 hesabatına görə işəgötürənlərin %74-ü ehtiyac duyduqları bacarıqları tapmaqda çətinlik çəkir. Bu problem xüsusilə sağlamlıq, texnologiya, enerji, logistika və maliyyə sektorlarında geniş yayılıb.
3. İşçilər rifahı öncəlik edir
2026-cı ildən etibarən işçilər üçün maaşdan əlavə fiziki və zehni sağlamlıq önəmli faktor hesab olunur.
Araşdırmalara görə işçilərin %85-i işəgötürənin rifahı dəstəkləmək məsuliyyəti olduğuna inanır, %88-i isə iş yerində yaxşı olma hissinin maaş qədər vacib olduğunu bildirir.
İş-yaşam balansı verimliliyi artırır, devamsızlığı azaldır və işdən çıxma riskini minimuma endirir. Gallup məlumatına görə, işçilərin tükənməsi səbəbindən qlobal iqtisadiyyatda hər il təxminən 322 milyard dollar itki baş verir.
4. İş təhlükəsizliyi önəm qazanır
İşçilərin iş təhlükəsizliyi ilə bağlı narahatlığı artır. İş axtaranların %73-ü heç bir işin tam təhlükəsiz olmadığına inanır. Bu, stress səviyyəsini yüksəldir və işçiləri bacarıqlarını inkişaf etdirərək karyeralarını möhkəmləndirməyə sövq edir.
5. Çoxlu iş modeli (polyworking) yayılır
İşçilərin təxminən yarısı bir neçə iş və ya layihədə çalışır. Bunun əsas səbəbləri: əlavə gəlir, maliyyə elastikliyi, borc ödənişi və iş təhlükəsizliyi ilə bağlı narahatlıqlardır.
Gen Z işçiləri əlavə işə daha çox meyllidir, bu da çoxlu iş modelinin gələcəkdə daha da artacağını göstərir.
6. Uzaqdan və hibrit iş qalıcı olur
Tam ofisə qayıtma məcburiyyəti işçi itkisi riskini artırır. FlexJobs 2025 İş Qüvvəsinin Vəziyyəti Hesabatı göstərir ki, işçilərin böyük bir hissəsi ofisə qayıtmaq əvəzinə hətta maaş azaldılmasını qəbul edə bilər.
Çox işçi tam uzaqdan işdən daha çox hibrit modeli seçir ki, bu model həm fleksibilik, həm də üzbəüz əlaqəni təmin edir.
7. Şirkətlər işçi rifahına daha çox sərmayə qoyur
İşçi rifahı artıq şirkətlər üçün strateji prioritetdir. Artan devamsızlıq və zehni sağlamlıq problemləri şirkətləri refah proqramlarına sərmayə qoymağa yönəldir. Hazırda şirkətlərin yarısından çoxunun rəsmi işçi rifah strategiyası mövcuddur.
8. Karyeralar gələcəyə hazırlaşdırılır
Süni intellekt, avtomatlaşdırma və iş bazarındakı dəyişikliklər işçiləri karyeralarını gələcəyə hazırlamağa yönəldir.
Əsas strategiyalar: yeni bacarıqlar qazanmaq, fərqli sahələrə yönəlmək, şəxsi marka yaratmaq və freelancer olmaq.
Dünya İqtisadi Forumuna görə, on ilin sonuna qədər təxminən 170 milyon yeni iş yaranacaq, lakin bu imkanlardan yararlanmaq üçün lazım olan bacarıqlar kritik önəm daşıyır.
9. Süni intellekt işçilərin köməkçisi olur
Süni intellekt iş dünyasını transformasiya etməyə davam edir. İşçilər artıq tapşırıqları daha səmərəli yerinə yetirmək üçün süni intellekdən köməkçi vasitə kimi istifadə edirlər.
10. Bacarıq yönümlü işə qəbul modeli güclənir
İşə qəbulda diplomdan çox real bacarıqlara fokuslanma tendensiyası artır. Bu yanaşma həm yeni işçilərin seçilməsində, həm də mövcud işçilərin inkişafında tətbiq olunur.
11. Şirkətlər dəyişən iş dünyasına uyğunlaşmalıdır
Gələcəyin iş dünyası tam proqnozlaşdırıla bilməsə də bəzi faktlar aydındır: doğru bacarıqlar və işçi rifahı dəstəyi uğurlu şirkətlərin əsas strategiyalarındandır.
Şirkətlər həm işçi inkişaf proqramları qurmalı, həm də dəyişən iş modellərinə adaptasiya olmalıdır. Gələcəyə hazırlıq artıq seçim deyil, zərurətdir.