Ağcabədi şəhərində zəncirvari yol qəzası olub.
"Report"un Qarabağ bürosunun xəbərinə görə, üç minik avtomobili toqquşub.
Qəza nəticəsində Ələkbərov Vahid Nail oglu hadisə yerində ölüb, Rzayev Hacımirzə Mərdan oğlu, Cəfərov Rəhman Anar oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.