AZ

Ağcabədidə qəza - Ölən və yaralanan var

Ağcabədidə keçmiş axundun oğlu törətdiyi qəzada bir nəfər ölüb 2 nəfər xəsarət alıb.

Teleqraf-ın Qarabağ Bürosunun xəbərinə görə, zəncirvari qəza rayonun yanğınsöndürən bölməsinin qarşısında baş verib.

Rayon sakini Rzayev Hacımirzə Mərdan oğlu idarə etdiyi avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil Ağcabədi Rayon Yanğınsöndürən bölməsinin əməkdaşlarına məxsus şəxsi avtomobillərə çırpılıb.
Qəza nəticəsində Rzayev Hacimirze Merdan oglu, Ceferov Rehman Anar oglu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yetişdirilib. Baş vermiş hadisə zamanı xəsarət alan Ələkbərov Vahid Nail oglu isə xəstəxanada dünyasını dəyişib.
Qeyd edək, avtomobilin sürücüsü Rzayev Hacimirze Merdan oğlunun atası Mərdan Rzayev Ağcabədi Rayon Axundu vəzifəsində çalışıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
155
teleqraf.com

1Mənbələr