AZ

Tofik Musayevin UFC-dəki növbəti döyüşü elan olunub - RƏSMİ

Azərbaycanlı döyüşçü Tofiq Musayev növbəti döyüşünü “UFC Vegas 115” turniri çərçivəsində braziliyalı Samuel Sançeslə keçirəcək.

İdman.Biz bildirir ki, bu barədə artıq rəsmi elan olunub.

“UFC Vegas 115” turniri aprelin 4-də keçiriləcək.

Hazırda Tofiq Musayevin aktivində 22 qələbə və altı məğlubiyyət var. Onun “Ultimate Fighting Championship” çərçivəsindəki əvvəlki və ilk döyüşü 21 iyun 2025-ci ildə Bakıda keçirilən “UFC Fight Night” turnirində Qırğızıstandan olan Miktıbek Orolbaya qarşı birinci raundda sabmişnla məğlubiyyətlə başa çatıb.

Bununla yanaşı, UFC-dən kənarda azərbaycanlı döyüşçünün kifayət qədər zəngin döyüş yolu mövcuddur. Belə ki, o, 2019-cu ildə “Rizin Grand Prix” turnirinin qalibi olub.

Samuel Sançes isə 11 qələbə və 1 məğlubiyyətlik göstərici ilə çıxış edir. Braziliyalı döyüşçü UFC ilə müqaviləni 2025-ci ilin sentyabrında “Dana White’s Contender Series” şousunda vaxtından əvvəl qələbə qazandıqdan sonra əldə edib. Azərbaycanlı idmançı ilə qarşılaşma Sançes üçün Amerika promouşnunun əsas turnirlərində ilk döyüş olacaq.

İdman.Biz
Seçilən
25
1
idman.biz

2Mənbələr