AZ

Fransa və İspaniyanı qasırğa vurdu - Ölən və yaralananlar var

Fransa və İspaniya ərazisində Nils qasırğası nəticəsində 3 nəfər həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, meteoroloqlar qasırğanın “qeyri-adi dərəcədə güclü” olduğunu, bəzi bölgələrdə isə daşqın təhlükəsi ilə bağlı həyəcan siqnalı verildiyini bildiriblər.

Fransanın cənub bölgələri təbii fəlakətin əsas zərbəsinə məruz qalıb. Güclü külək nəticəsində ağaclar və elektrik xətləri aşıb, leysan yağışları səbəbindən yollar su altında qalıb.

Elektrik paylayıcı şəbəkənin operatoru Enedis təxminən 900 min evin işıqsız qaldığını bəyan edib.


Seçilən
7
manset.az

1Mənbələr