AZ

Mənzildə qumbara partladıldı: ölən və yaralılar var

13 fevral gecəsi Kiyevin Obolonski rayonundakı mənzildə qumbara partlayışı baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə təxminən saat 2:00 radələrində baş verib. İlkin araşdırmalar göstərir ki, bölməsindən icazəsiz gələn 29 yaşlı hərbçi dostunun yanına gedib və orada yeddi nəfərdən ibarət qrupla spirtli içki qəbul edib.

“Qəfil münaqişə zamanı cinayətkar mətbəxdə F-1 qumbarasını partladıb və nəticədə evin 45 yaşlı sahibi hadisə yerində ölüb. Digər qonaq, 36 yaşlı yerli sakin, bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib”, – deyə açıqlamada bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəi törədəni tapıb və saxlayıblar. Polis bildirib ki, o, partlayış nəticəsində ayağından qəlpə yaraları alıb və tibbi müşahidə altındadır. Saxlanılan şəxs üçün şübhə bildirişi hazırlanır və onun saxlanılması məsələsi nəzərdən keçirilir.

Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndi (bir çox insanın həyatı üçün təhlükəli şəkildə qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb. Onu 10 ildən 15 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.

//Samir Qurbanov, Editor.az

Seçilən
153
editor.az

1Mənbələr