AZ

Kadi və Juninyonun edə bilmədiyini Elvin Cəfərquliyev bacaracaq?

Son illər ölkə futbolunda üzə çıxan ən bacarıqlı yerli oyunçu Elvin Cəfərquliyevdi.

Amma təəssüf ki, ona belə Avropadan lazımı diqqət, maraq yoxdur.

Hə, hansısa səviyyədə barəsində axtarış aparıla bilər.

Gəlin razılaşaq ki, bu gün Avropanın istənilən orta səviyyəli klubu müdafiəçini istəsə rahatlıqla "Qarabağ"dan qopara bilər.

Puluna minnət deyil?

Demək ki, istək, tələbat istənilən səviyyədə deyil.

Vallah biz bəzən elə bilirik ki, Elvin, Bəhlul əjdahadı.

Əslində o əjdahadan Avropada yüzlərlə var.

Avropada olan skautlar bunu yaxşı görür.

Həm onu görürlər ki, "Qarabağ"da sistem oyunçuları oynadır.

Əksi olsaydı, Kadi Borqes, Juninyo, Reynaldo buradan gedib uğursuzluq yaşamazdı.

Hələ adıçəkilənlər azərbaycanlı yox, braziliyalı oyunçulardı. Milliyətcə futbolda böyük üstünlük sahibidirlər.

İndi siz deyirsiz həmin Kadinin bacarmadığını Elvin, yoxsa Bəhlul gedib bacaracaq?

Nə qədər acı olsa da razılaşaq ki, inandırıcı deyil.

Məsələ mental da deyil.

Biz bələkdən problemləri düzgün həll etməliyik. Əks halda, gözünüzü böyük klublardan çəkin. Təklif gəlməyəcək!

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
20
sportinfo.az

1Mənbələr